Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər nümayəndəliyinin hesabat iclası keçirilib, sakinlərin problemləri dinlənilib

0

  •           Yanvarın 27-də
    xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində
    Xocalı şəhər İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə gördüyü işlərə və qarşıda
    duran vəzifələrə həsr edilmiş hesabat iclası keçirildi.        Hesabat
    iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla birgə,
    Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı Rayon İcra Hakimiyyəti
    Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
    müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi
    Tacir Əzizov və sakinlər iştirak etdilər.        Reqlamentə
    uyğun olaraq hesabatı aparmaq üçün sədr və katib seçildi.        Sonra Xocalı
    rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov hesabat məruzəsi
    ilə çıxış edərək ölkəmizin uğurlarından, nümayəndəliyin tabeliyində olan müəssisələrin
    fəaliyyətindən və 2022-ci il ərzində görülən işlərdən danışdı.Hesabat məruzəsini
    qənaətbəxş qiymətləndirən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov
    çıxışında 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olaraq Qarabağa Böyük
    Qayıdışa dair Dövlət Proqramından, əhalinin sosial rifah halının artırılması
    istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.        Hesabat
    iclasının qərarı oxundundan sonra sakinləri narahat edən problemlər dinlənildi. Sakinlər Yuxarı Ağcakənd qəsəbəsinə piyada dayanacağının tikilməsi, qəsəbədaxili
    yolların təmiri, Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində
    içməli su anbarının təmizlənməsi kimi ümumi məsələlərlə yanaşı, işlə təminolunma,
    ayrı təsərrüfat kimi qeydiyyata alınma və digər fərdi problemlərin həlli üçün
    müraciət etdilər.        İcra başçısı
    qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll
    olunması üçün müvafiq tapşırıqlar verdi.   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Xocalı şəhər nümayəndəliyinin hesabat iclası keçirilib sakinlərin problemləri dinlənilib

    Maraqlı gələ bilər
    41
    60
    53
    40